Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin ötən gün nəşr etdirdiyi 41 səhifəlik hesabatda qeyd olunub.
Bildirilib ki, sözügedən cinayət hallarına uşaqların xidmətindən hərbi məqsədlər üçün istifadə edilməsi, kütləvi ölüm halları, cinsi zorakılıq və s. aiddir.
Belə ki, rəsmi rəqəmlərə əsasən, çoxunun 11-17 yaş aralığında olduğu, hətta 8 yaşlı uşaqların da rast gəlindiyi hər iki tərəfdən ümumilikdə minə qədər uşaq əsgər kimi istifadə edilir.
Yəməndə müharibə başlayandan bu yana 200-ə qədəri silahlı olmaqla, ümumilikdə 500-dən çox uşaq, 6 mindən çox mülki vətəndaş həlak edilib.
Rəsmi rəqəmlərə görə ölkədə qadınlara qarşı edilən zorakılıq halları da maksimum səviyyəyə çatıb. Rəsmi rəqəm olaraq göstərilməsə də, təxminən 2 mindən çox qadının cinsi istismara məruz qaldığı ehtimal edilir.
Dəyanət Ağalarlı
Ordu.az