Rusiya donanması Suriyaya silah daşımağa davam edir

2018/08/Russia_moves_into_Syria600x350_1535526325.jpg
Oxunub: 2192     15:11     29 Avqust 2018    
Rusiya son bir neçə həftədə Qara dəniz vasitəsilə Suriyanın Aralıq dənizi sahilindəki Tartus limanına tonlarla silah daşıyıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Bosfor Müşahidə Qrupu verib.

Bildirilib ki, İdlib əməliyyatının planlaşdırıldığı vaxtan etibarən geridə qalan 2-3 həftə ərzində Rusiyaya məxsus bir neçə hərbi yükdaşıma gəmisi İstanbul sahillərindən keçərək Suriyaya doğru yol alıb.

Belə ki təxminən son 20 gün ərzində Rusiyaya məxsus 12 gəmi Suriya ordusuna çox sayda silah-sursat və hərbi texnika daşıyıb.

Məlumata əsasən, göndərilən hərbi sursata yaxın, orta və uzaq mənzilli kalibr raketləri, zirehli texnika, tank, çox sayda artilleriya qurğuları, avtomat silahlar və tonlarla mərmi daxil olub.

Qeyd edək ki, göndərilən silah-sursatın İdlib əməliyyatlarında istifadə ediləcəyi gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusya   Suriya   İdlib-əməliyyatı  


Bizi "telegram"da izləyin