Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya hərbi rəhbərliyi bu sahədə yeni strateji xəttin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edib.
Belə ki, yeni qərara əsasən Yaponiya hərbi xərcləri daxilində kibertəhlükəsizlik və elektron müharibə üçün xüsusi bölmə formalaşdırılacaq və büdcə layihələrində bu sahələr prioritet olaraq qeyd ediləcək.
Məlumata əsasən, Yaponiya rəhbərliyinin hərbi strateji planları arasında sözügedən sahəyə ayrılan xərclərin qarşıdakı illərdə azı 4,5 milyard dollara qaldırılması planlaşdırılır.
Qeyd edək ki, Yaponiya hərbi xərclərində bu sahələrin maliyyələşdirilməsi üçün son bir neçə ildə orta hesabla illik 1,4 milyard dollar vəsait ayrılırdı.
Dəyanət Ağalarlı
Ordu.az