Suriyadan ABŞ-a təklif: İran ordusunun çıxarılmasını istəyirsinizsə siz də ölkəni tərk edin

2018/08/1050240957_1535524024.jpg
Oxunub: 1964     14:26     29 Avqust 2018    
Suriya hökuməti ölkədəki İran hərbi qüvvələrinin çıxarılması ilə bağlı Vaşinqtondan edilən tələbə cavab olaraq qarşılığında ABŞ ordusunun da Suriyadan çıxarılmasını istəyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya Milli Təhlükəsizlik Ofisinin rəhbəri general-mayor Əli Məmlük bildirib.

O qeyd edib ki, ABŞ nəsə əldə etmək istəyirsə, buna cavab olaraq qarşı tərəfin də tələblərinə baxmalıdır.

“Əgər ABŞ bizdən ölkədəki İran hərbi qüvvələrini çıxarmağımızı istəyirsə razıyıq. Lakin bu halda ABŞ Dəməşqin bir şərtini yerinə yetirməlidir. Əl-Tənf və Şərqi Fərat zonasındakı ABŞ hərbi bazaları bağlanılsın və buradakı hərbçilər ölkəmizi tərk etsinlər”, - deyə Məmlük vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ABŞ   İran  


Bizi "telegram"da izləyin