Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumat Rusiya Dövlət Hüquqi Məlumat Sisteminin mətbuat xidməti tərəfindən verilib.
Qeyd olunub ki, Rusiya dövlət başçısı ötən gün imzaladığı qərarla Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Pentensiar Xidmətində xidmət göstərən 15 generalı vəzifəsindən azad edib.
Eyni zamanda vəzifəsindən azad edilən generallar arasında Fövqəladə Hallar naziri Vladlen Aksenov da olub.
Qeyd edək ki, generalların xidmətdən azad edilmə səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az