Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müzakirələr zamanı Britaniya və Rusiya nümayəndələri arasında mübahisə meydana gəlib.
Görüşdən əvvəl Britaniyanın BMT yanındakı nümayəndəsi Karen Piers Rusiyanın İdlibdə kimyəvi silah hücum təşkil etməkdə Qərb dövlətlərini ittiham etməsinə sərt reaksiya verib və bunun sadəcə Rusiya tərəfindən dilə gətirildiyini ifadə edib.
Bu bəyanata cavab verən Rusiya nümayəndəsi Vasili Nebenzia Rusiya Müdafiə Nazirliyinin yalan açıqlamalar vermədiyini və əgər bir açıqlama edilibsə, onun sağlam təməli olduğunu bildirib.
Ağalar Ağalarlı
Ordu.az