Qlobal hərbi elektrooptik infraqırmızı sistemlər bazarı: 2015-2025

2018/08/40208748_235758793781104_1498080989367238656_n_1535479649.jpg
Oxunub: 3785     02:24     29 Avqust 2018    
Qlobal miqyaslı elektrooptik infraqırmızı sistemlərin istehsalı son dövrlərdə onun inteqrasiya edildiyi döyüş vasitələrinin artımı ilə paralel tendensiya nümayiş etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda sözügedən bazarın başlıca oyunçuları “Raytheon”, “Lockheed-Martin” və “BAE Systems” korporasiyalarıdır.

Belə ki, bu 3 şirkət ötən il 16,2 milyard dollar həcmindəki bazarın 60 faizə qədərini formalaşdırıblar.

Rəsmi statistikaya əsasən, 2015-2017-ci illərdə orta hesabla 3-5 faiz artım nümayiş etdirən bazar qeyd olunan illərdə 14,4 milyard dollardan 16,2 milyard dollara qalxıb və edilən proqnozlar onun 2025-ci ilə qədər 22 milyard dolları keçəcəyini deməyə imkan verir.

Hazırda ABŞ və Böyük Britaniyanın dominantlıq etdiyi bazarın qarşıdakı 7 il üçün proqnozlaşdırılan orta illik artım göstəricisi təxminən 4,4 faizdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnfraqırmızı   Elektro-optik   Raytheon  


Bizi "telegram"da izləyin