Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilənin 3 milyard dollarlıq hissəsi Hindistan silahlı qüvvələrinə 111 ədəd helikopterin tədarükünü nəzərdə tutur. Bu, həm də “Hindistanda Hazırla” proqramının bir hissəsidir.
Alınacaq olan helikopterlərin 24-ü çoxfunksiyalı sualtı gəmi əleyhinə müharibə imkanına malik helikopterlərdir. Bu mənada MH-60 “Seahawk” helikopterlərinin alınacağı ehtimal edilir.
Bundan başqa 150 ədəd 155 mm-lik artilleriya topunun alınması da nəzərdə tutulub. Bunlar “Yerli Layihələndirilmiş və Təkmilləşdirilmiş 155 mm-lik Qabaqcıl Yedək Artilleriya Top Sistemləri”dir. Bu topların istehsalını “Kalyani Group” və “Tata” şirkətləri həyata keçirəcək.
Digər alınacaq silahlar isə raket sistemləridir. Belə ki Hindistan ordusu 14 ədəd Şaquli Atılan Qısa Mənzilli Raket Sistemi almağı planlaşdırır ki, bunun da 10-u milli istehsal olacaq.
Ağalar Ağalarlı
Ordu.az