ABŞ senatoru: "Pxenyan "USS Pueblo” gəmisini geri qaytarmalıdır"

2018/08/40247092_535784703549846_3044289037201309696_n_1535474353.jpg
Oxunub: 3906     00:33     29 Avqust 2018    
ABŞ senatoru Vaşinqtona USS “Pueblo” gəmisini geri qaytarmaqla bağlı Pxenyana təzyiq etmək təklifi göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi təklifi Nyu York ştatından olan senator Con Faso verib.

O, Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Boltona bu məsələ ilə bağlı Pxenyana diplomatik təzyiqlər göstərilməli olduğunu bildirib.

Onun sözlərinə görə, Şimali Koreya 1968-ci ildə saxladığı bölgədə kəşfiyyat araşdırmaları aparan ABŞ-a məxsus USS “Pueblo” gəmisini geri qaytarmalıdır.

“Bilmirəm hazırda o gəmi hansı vəziyyətdədir. Ola bilsin baxımsızlıqdan tamamilə yararsız hala düşüb, yaxud istifadə müddətini tamamlayıb. İstənilən halda o gəmidən geriyə nə qalıbsa ABŞ-a təhvil verilməlidir”, - deyə senator vurğulayıb.

Qeyd edək ki, 1968-ci ilin 23 yanvarında baş verən insident zamanı Pxenyan sözügedən gəmini saxlamış, baş verən qarşıdurmalarda 1 ekipaj üzvü həlak olmuşdu. Saxlanılan digər 82 ekipaj üzvü isə 11 ay sonra öz ölkələrinə təhvil verilmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   USS-Pueblo  


Bizi "telegram"da izləyin