Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Çin Xalq Azadlıq Ordusunun mətbuat xidməti yayıb.
Bildirilib ki, donanma son günlərdə təqdim etdiyi döyüş gəmiləri ilə döyüş imkanlarını daha da genişləndirmiş olub.
Ötən həftə təqdim edilən və sınaqlarına start verilən ilk yerli istehsal raket təchizatlı esmines “Type 055”lər Çin donanmasına yeni aviadaşıyıcı filotiliyasının qurulması imkanını verəcək.
Belə ki, 26 aprel 2017 tarixində donanmanın xidmətinə verilən ilk Çin aviadaşıyıcısı “Type 001A Shandong” sözügedən esmineslərin geniş istehsala başlanılmasından sonra yeni qurulacaq esmines dəstəkli aviadaşıyıcı filotiliyanın liderliyini həyata keçirəcək.
İlk “Type 055” raket təchizatlı esmines sınaqlardan uğurlu şəkildə keçəcəyi təqdirdə Pekin gəminin kütləvi istehsalına başlayacaq və qarşıdakı 6-8 il ərzində azı 8 ədəd “Type 055”lə təchiz edilmiş yeni filotiliya formalaşdırılacaq.
Yeni aviadaşıyıcı filotiliyası 1 ədəd aviadaşıyıcı, 12 ədəd esmines və 20-dən çox kiçik ölçülü müdafiə gəmiləri ilə təchiz ediləcək.
Qeyd edək ki, layihənin 2030-cu ilə qədər həyata keçirilməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az