Ukraynanın gələn ilki müdafiə büdəsi 7,1 milyard dollar ola bilər

2018/08/received_1604286153010157_1535470527.png
Oxunub: 4149     23:27     28 Avqust 2018    
Ukrayna gələn il müdafiə və təhlükəsizlik sektoruna ayırdığı vəsaiti 7,1 milyard dollara qədər artıra bilər.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov danışıb.

Turçinov birinci vitse-prezident, İqtisadi İnkişaf və Ticarət naziri Stepan Kubiv, Maliyyə naziri Oksana Markarova, Müdafiə naziri Stepan Poltorak, Daxili İşlər naziri Arsen Avakov və hüquq mühafizə orqanlarının digər rəhbərləri ilə bir araya gəlib.

Turçinovun sözlərinə görə, Ukrayna Nazirlər Kabineti növbəti maliyyə ili ərzində ölkənin Ümumi Daxili Məhsulunun 141 milyard dollar olacağını proqnozlaşdırır.

“Buna görə də, nəzərə alsaq ki, Ukraynanın müdafiə və təhlükəsizlik sahəsinin maliyyələşdirilməsi ÜDM-nin 5%-dən az olmasa yaxşıdır, onda onun 7,1 milyard dollar ətrafında olacağını güman etmək olar”, - deyə katib bildirib.

Turçinov əlavə olaraq qeyd edib ki, müasir yüksək dəqiqlikli raket sistemlərinin, artilleriya silahları, zirehli vasitələr, xüsusi kimyəvi məhsullar, havadan müdafiə sistemlərinin gücləndirilməsi üçün zəruri avadanlıqların tədarükünə dair çalışmalar da davam edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin