Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Suriyadakı İran səfirinin hərbi attaşesi briqada generalı Əbdülqasım Əlinecad səsləndirib.
O qeyd edib ki, İran və Suriya arasında ikitərəfli hərbi əlaqələrin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı qərarın tərkib hissəsi olaraq Tehran Dəməşqə öz dəstəyini bundan sonra da göstərəcək.
“Suriya və İran son dövrlərin möhkəm hərbi müttəfiqləridir. Biz müttəfiqlərimizə göstərdiyimiz sədaqətlə hər zaman fərlənmişik. Suriya bizdən dəstək istəyirsə, biz də məmnuniyyətlə öz dəstəyimizi göstərəcəyik. Rəsmi Dəməşqin istəyinə uyğun olaraq Suriyadakı İran hərbi məsləhətçilərinin mövcudluğu davam etdiriləcək”, - deyə attaşe qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az