Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Dəməşq yaxınlığındakı Mezzeh aviabazasında yerləşdirilən hava hücumundan müdafiə sistemləri aktiv döyüş hazırlığı vəziyyətinə gətirilib.
Məlumata əsasən ərazidəki 4 ədəd HHM batareyası müharibəyə hazır vəziyyətdədir.
Qeyd edək ki, Suriya hökumətindən verilən açıqlamada bu addımın bölgədə artan ABŞ təhlükəsinə qarşı atıldığı bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az