Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Suriya səfərindən geri dönən İran Müdafiə naziri general Əmir Hatəmi bildirib.
Hatəmi Suriya paytaxtı Dəməşqdə Əsəd hökuməti ilə imzalanılan hərbi əməkdaşlıq müqaviləsinin detallarına dair bir sıra açıqlamalar verib.
Hazırda gündəmdəki ən önəmli vasitənin Suriyanın yenidənqurulması olduğunu diqqətə çatdıran Hatəmi, imzalanan müqavilənin əsas maddəsinin də Suriya ordusu və müdafiə sənayesinin yenidən təşkilatlandırılması olduğunu dilə gətirib.
Bu mənada Suriyaya hərtərəfli dəstəyin veriləcəyini bildirən Hatəmi İranın Suriyadakı hərbi mövcudluğunun isə qanuni hökumətin istəyinə uyğun olaraq həyata keçirildiyini vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az