İsrailli nazir: “Əsəd İrana imkan versə, çox şey itirə bilər”

2018/08/f540d4e3-af3a-4acd-9268-211167e41bd3_1535452137.jpg
Oxunub: 3579     18:27     28 Avqust 2018    
“Əgər Əsəd İsrailin ən böyük düşməninin Suriyada möhkəmlənməsinə imkan versə, itircək şeylər daha çox olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İsrailin İctimai Təhlükəsizlik naziri Gilad Erdan bildirib.

İran Müdafiə naziri general Əmir Hatəminin Suriyaya səfəri və bu səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq müqaviləsinin imzalanmasına da toxunan Erdan İrandan ağ bayraq dalğalandırmasını gözləmədiklərini vurğulayıb.

“Biz iranlıların açıq şəkildə ağ bayraq dalğalandırmasını gözləmirdik. Bu, Suriyadakı İran qüvvələrinin mövcudluğunu qanuniləşdirmək üçün edilən bəhanədir”, - deyə o qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Suriya   İsrail  


Bizi "telegram"da izləyin