Ukrayna “Neptun” qanadlı raketini sınaqdan keçirib

2018/08/1517579125-2095_1535446002.jpg
Oxunub: 3056     17:32     28 Avqust 2018    
Ukrayna yerdən atılan qanadlı raket “Neptun”un uğurlu sınağını həyata keçirib.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Kiyevin Luç Dövlət Layihələndirmə İdarəsinin ekspertləri raketin sınağından olan videogörüntünü paylaşıblar.

Məlumata görə, raket həm quru, həm dəniz hədəflərini dəqiq vurmağa qadirdir. Buna baxmayaraq videoda raketin hədəfə dəymə anının görüntüsü yoxdur.

“Neptun”un üç modifikasiyası sınaqdan keçirilib. Onlar havadan, qurudan və dənizdən atılan qanadlı raketlərdir və maksimum 300 kilometr mənzilə sahibdirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Neptun   Ukrayna  


Bizi "telegram"da izləyin