“Raytheon” “Sea Sparrow” raketlərinə dair müqavilə imzalayıb

2018/08/Raytheon-tapped-for-Sea-Sparrow-missile-spare-parts_1535445356.jpg
Oxunub: 3258     16:34     28 Avqust 2018    
“Raytheon” Birləşmiş Ştatlarla “Sea Sparrow” raketlərinin detallarının çatdırılmasına dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 25,1 milyon dollardır. Müqavilə üzrə nəzərdə tutulan işlər Arizona, Kaliforniya və bir sıra digər ərazilərdə həyata keçiriləcək. Onun 2021-ci ilin iyununda tamamlanması nəzərdə tutulub.

“Sea Sparrow” yer-hava raketləri RIM-7 raketlərinin təkmilləşdirilməsini nəzərdə tutan beynəlxalq proqramdır. O, hazırda ABŞ-la yanaşı Avstraliya, Belçika, Kanada, Danimarka, Almaniya, Yunanıstan, Norveç, Portuqaliya, İspaniya, Niderland və Türkiyə tərəfindən istifadə olunur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   Sea-Sparrow  


Bizi "telegram"da izləyin