İran qərb sərhədlərində 16 terrorçunu zərərsizləşdirib

2018/08/iran_army_special_forces_220217_1535440398.jpg
Oxunub: 1627     15:12     28 Avqust 2018    
İran təhlükəsizlik qüvvələri ölkənin qərb sərhədləri yaxınlığında terrorçulara qarşı iki fərqli əməliyyat həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran Kəşfiyyat naziri Mamud Ələvi bildirib.

Onun sözlərinə görə, bu əməliyyatlar nəticəsində İran ərazisinə daxil olaraq terror aktı törətməyi planlaşdıran azı iki terrorçu məhv edilib, on dördü isə yaralanıb.

Ələvi əməliyyatların dəqiq yerini bildirməsə də, son zamanlar İranın İraq və Türkiyə ilə sərhəd bölgələrində ordu ilə qanunsuz silahlılar arasında mütəmadi qarşıdurmalar meydana gəldiyi məlumdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Terror  


Bizi "telegram"da izləyin