Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
Onun sözlərinə görə, liderlər İdlib vilayətində növbəti bir humanitar böhranın qarşısını almaq üçün beynəlxalq tədbir görülməsinin zəruriliyini dilə gətiriblər.
Merkelin sözçüsü Steffen Seybert bildirib ki, telefon danışığı zamanı Rusiyaya Suriya hökumətinin davranışlarına nəzarət etməyə və gərginliyin böyüməsinin qarşısını almağa çağırılıb.
Qeyd edək ki, Suriya ordusu İdlib vilayəti istiqamətində əməliyyat hazırlığını gücləndirdikcə beynəlxalq reaksiyalar da səslənməyə başlayıb. Bundan öncə isə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İdlibdə hərbi həll yolunun faciə ilə nəticələnə biləcəyini bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az