PKK-nın 5 önəmli fiquru məhv edilib

2018/08/645x344-1525538236474_1535434934.jpg
Oxunub: 3229     13:41     28 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələrinin ötən həftə həyata keçirdiyi əməliyyatlarda PKK terror qruplaşmasına ziddi zərbələr endirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, 20-27 avqust tarixlərində həyata keçirilən 2156 anti-terror əməliyyatı nəticəsində 12 terrorçu məhv edilib, 9-u isə sağ ələ keçirilib.

Həmçinin daha 5 terrorçu könüllü şəkildə təhlükəsizlik qüvvələri əməkdaşlarına təslim olublar. 62 nəfər isə terrorçuluqda şübhəli bilinərək saxlanılıblar.

Qeyd edək ki, qeyd olunan tarixlərdə məhv edilən terrorçuların 5-i PKK-nın önəmli fiqurlarından hesab olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   PKK   Terror  


Bizi "telegram"da izləyin