Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Şimali Koreya hər nə qədər də ballistik raket və nüvə silahı istehsal mərkəzlərini ləğv etdiklərini bildirsə də, Tokio bu vədlərin həyata keçirilməsindən şübhə duyur.
“Nəzərə almaq lazımdır ki, KXDR-in istehsal mərkəzlərində aktivliyin sezildiyini göstərən bir sıra peyk görüntüləri ortaya çıxmışdı. Hətta bu mərkəzlərin ləğv edilməsi ilə bağlı vədlər yerinə yetirilsə belə, KXDR-də yüzlərlə “Nodong” ballistik raketinin olduğunu unutmaq olmaz. Bu yaxın və orta mənzilli ballistik raketlər Yaponiyanın hər bir nöqtəsinə çatacaq mənzilə sahibdir. Bu hal Pxenyanın hələ də nə qədər təhlükəli görkəm bağışladığını göstərir”, - deyə bəyanatda qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az