Türkiyə və ABŞ Müdafiə nazirləri Suriyanı müzakirə ediblər

2018/08/thumbs_b_c_a7c301dda8d58acf1a053afd758b4f30_1535432754.jpg
Oxunub: 3696     13:05     28 Avqust 2018    
Türkiyə Müdafiə naziri Hulusi Akar və ABŞ Müdafiə naziri Ceyms Mettis telefon vasitəsilə əlaqə saxlayıblar.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığında müxtəlif mövzular müzakirə edilib.

Məlumata görə, müzakirə olunan əsas məsələlər isə Suriya böhranı və birgə terrorla mübarizə mövzuları olub. Hulusi Akar və Ceyms Mettis sözügedən mövzular haqqında qarşılıqlı fikir mübadiləsi həyata keçiriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin