SQQ İraqla sərhəddə İŞİD-ə qarşı böyük hücuma hazırlaşır

2018/08/40196863_299583380851070_885557174795763712_n_1535378701.jpg
Oxunub: 1911     01:51     28 Avqust 2018    
Suriya Quru Qoşunları ölkənin İraqla sərhədində yerləşən Deyr əz-Zor vilayətində İŞİD terrorçularına qarşı əməliyyata hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bölgədəki yerli mənbələr bildiriblər.

Məlumata görə, əməliyyata hazırlıq məqsədilə hökumət qüvvələri Deyr əz-Zorun cənub-şərqində yerləşən Əlbu Kamal səhrasına ağır hərbi texnika göndərib.

Qeyd edək ki, SQQ bu əməliyyata kimi cənubdakı Sveydə bölgəsində İŞİD mövqelərinə qarşı uzun müddətdir ki, hərbi əməliyyatlar keçirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İraq   İŞİD  


Bizi "telegram"da izləyin