Belarus ordusu geniş miqyaslı hərbi təlimə hazırlaşır

2018/08/40330304_495846060882963_4423490893797916672_n_1535378624.jpg
Oxunub: 2265     01:29     28 Avqust 2018    
Belarus Silahlı Qüvvələri 7 min 500 hərbçinin iştirakı nəzərdə tutulan geniş miqyaslı hərbi təlimlərin təşkilinə hazırlaşır.

Ordu.az “Belsat”a istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər 6-12 sentyabr tarixlərində Belarusda baş tutacaq. Burada 7500 hərbçi, 260 zirehli vasitə, 30-dan çox təyyarə və helikopterin iştirak etməsi planlaşdırılır.

Hazırlıq məqsədilə iştirak edəcək bölmələr artıq təlim bölgəsinə irəliləməyə başlayıblar. Belarusun Qərb Əməliyyatlar Komandanlığının 74-cü Əlahiddə Kommunikasiya Bölməsi və 11-ci Müstəqil Mühafizə Mexanikləşdirilmiş Briqadası Obuz-Lesnovski poliqonunda yürüş keçirib.

Manevrlər zamanı ordu 6 poliqondan və Brest, Hrodna, Minsk, Mahilio regionlarının zonalarından istifadə edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Hərbi-Təlim  


Bizi "telegram"da izləyin