Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, İsveçlə əldə edilən razılığa əsasən, bu ölkənin “Saab Bofors Dynamics” şirkəti özünün RBS-70 MANPADS hava hücumundan müdafiə sistemlərinin Finlandiyaya satışını həyata keçirəcək.
Belə ki, 276 milyon dollar dəyərindəki müqavilənin şərtlərinə görə, şirkət 2020-ci ilə kimi 60 ədəd RBS-70 yaxın mənzilli HHM komplektini Finlandiya ordusuna təhvil verməlidir.
Dəyanət Ağalarlı
Ordu.az