Rusiya gələcək aviadaşıyıcı üçün atom sistemləri üzrə işə start verib

2018/08/106ec4b45c20d207ee1cac36208d1bfd_1535375543.jpg
Oxunub: 3703     21:11     27 Avqust 2018    
Rusiya donanması növbəti nəsil aviadaşıyıcı üçün istehsal olunacaq nüvə partlayış sisteminin təkmilləşdirmə işlərinə start verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Donanmasının Gəmiqayırma Layihələrinin sədri admiral Vladimir Triapiçnikov bildirib.

Onun sözlərinə görə, tikintisi planlaşdırılan yeni aviadaşıyıcının atom partlayış sistemi ilə təchizatı üçün donanma tədqiqat institutları ortaq bir komanda formalaşdırıb.

Belə ki, heyət yeni nəsil aviadaşıyıcı üçün nüvə partlayış sisteminin araşdırma və təkmilləşdirmə işlərini həyata keçirəcək. Daha sonra isə dizaynı hazırlanan sistemlərin istehsalı baş tutacaq.

Qeyd edək ki, 2 gün öncə Rusiya donanması 2030-cu illərdə 70 min tonluq nüvə təchizatlı yeni aviadaşıyıcının istehsalının planlaşdırıldığını elan edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Aviadaşıyıcı   Nüvə-Partlayış-Sistemi  


Bizi "telegram"da izləyin