Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
“Biz Rusiyadan olan kolleqalarımızla qarşılıqlı hörmət şəraitində səmimi dialoq aparırıq. Müzakirələrimizdə İsrail üçün əhəmiyyətli məsələlər nəzərdən keçirilir”, - deyə Netanyahu vurğulayıb.
İsrail Baş naziri İsrail və Rusiya arasındakı əlaqələrin inkişafını ortaq nöqtələrin axtarışı kimi dəyərləndirib və bu nöqtələrin getdikcə artdığını diqqətə çatdırıb.
Ağalar Ağalarlı
Ordu.az