SQQ sonuncu İŞİD mövqelərinə hücumlar həyata keçirir

2018/08/SAA-tank-in-desert-768x415-622x336_1535373838.jpg
Oxunub: 4449     20:40     27 Avqust 2018    
Suriya Quru Qoşunları ölkənin cənubundakı sonuncu İŞİD mövqelərinə əməliyyatlar həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, ordunun 1, 3 və 10-cu diviziyaları Sveydə vilayətində İŞİD-ə qarşı geniş miqyaslı əməliyyatlar həyata keçirir.

Rəsmi məlumata əsasən, bölgənin Əl-Səfa, Xirbət Həvi və Təl Əbu Qənnəm yaşayış məntəqələri ətrafında həyata keçirilən əməliyyatlar zamanı azı 18 terrorçu məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Sveydə   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin