Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, göndərilən hərbi karvan İdlibin Əl-Qaab düzənliklərində və Cisr Əl-Şuqur şəhəri ətrafında yerləşdiriləcək.
Məlumata əsasən, sonuncu hərbi karvan 600 hərbçidən və çox sayda texnikadan ibarət olub.
Qeyd edək ki, bununla da bölgəyə toplanan Suriya ordu qüvvələrinin sayı 6 mini keçib.
Dəyanət Ağalarlı
Ordu.az