Türkiyə Suriyadan İdlib əməliyyatını təxirə salmağı tələb edir

2018/08/880x495_393212_1535371272.jpg
Oxunub: 2713     20:02     27 Avqust 2018    
Rəsmi Ankara Dəməşqi İdlib vilayəti istiqamətində hazırlanan hərbi əməliyyatı təxirə salmağa çağırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın hərbi dairələrinə yaxın adıçəkilməyən mənbə bildirib.

Mənbənin məlumatına görə, türkiyəli rəsmilər Rusiya kanalları vasitəsilə suriyalı həmkarlarından İdlibə planlaşdırılan hərbi əməliyyatı sentyabrın 4-nə qədər gecikdirməyi istəyiblər.

Eyni mənbə bildirib ki, Ankara “Təhrir əş-Şam”ın məğlub edilməsi istiqamətində çox çalışır və Rusiya Ankaranın bu səyləri barəsində rəsmi Dəməşqi xəbərdar edib.

Qeyd edək ki, Suriya ordusu bir müddətdir ki, Astana sammiti zamanı münaqişəsiz zona elan edilmiş İdlib istiqamətində hərbi əməliyyata hazırlaşır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə   İdlib  


Bizi "telegram"da izləyin