Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, İsrail MN-in yaydığı bəyanatda qeyd olunub.
Məlumata görə, Silahların və Texnoloji İnfrastrukturun Təkmilləşdirilməsi İdarəsi və İsrail Hərbi Sənayesinin (IMI) rəhbərliyi ilə MN İMQ-nin qabaqcıl raketlərlə təchizatına dair müqavilə imzalayıb.
İsrail Müdafiə naziri Aviqdor Libermanın İMQ-ni nöqtə zərbə raketlərlə təmin etmək məqsədi daşıyan qərarı əsasında başladılan layihənin yüz milyonlarla şekelə başa gələcəyi güman edilir.
İsrail MN bu raketlərin tədarükü ilə İMQ-nin hücum qabiliyyətinin əhəmiyyətli dərəcədə genişləcəyini və onun uzaq məsafədə olan hədəfi dəqiq vurma imkanı əldə edəcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az