Ordu.az TASS-a istinadən xəbər verir ki, MN-in bəyanatında bu iddiaların gerçəyi əks etdirmədiyi ifadə edilib.
““Reuters” tərəfindən hazırlanan xəbərdə Rusiya təyyarələrinin Əfqanıstanın şimal-şərq regionunda “Taliban” hərakatına qarşı əməliyyat keçirdiyi iddia olunub. Bu iddiaların heç bir real əsası yoxdur. Rusiya hərbi təyyarələri Əfqanıstan və Tacikistan sərhədində heç bir döyüş missiyası həyata keçirməyib”, - deyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Qeyd edək ki, “Reuters” iki əfqan rəsmisinə istinad edərək Tacikistan və Rusiya təyyarələrinin sözügedən bölgəni bombardman etdiyi bildirilib. Bu bombardman nəticəsində 8 “Taliban” üzvü həlak olub, 6-sı isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az