Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Həşd əl-Şəbi”yə yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, hadisə Səlahuddinin şərqindəki Əmirli qəsəbəsində baş verib. Belə ki, “Həşd əl-Şəbi”nin 52-ci briqadası ərazidə patrul reydi keçirərkən, terrorçular əvvəlcədən yerləşdirdikləri bombanı partladıblar.
Bomba partlayışı nəticəsində yarımhərbi qoşunların 5 üzvü həlak olub. Bu hücumla eyni zamanda vilayətin başqa bölgəsində baş verən hücumda isə bir qadının öldürüldüyü bildirilir.
Ağalar Ağalarlı
Ordu.az