Rusiya ABŞ-a cavab olaraq Suriyaya döyüş gəmiləri göndərib

2018/08/Russian-warships-3-822x516_1535358822.jpg
Oxunub: 3961     17:32     27 Avqust 2018    
ABŞ prezidenti Donald Trampın Suriyaya zərbə təhdidinə cavab olaraq Rusiya Aralıq dənizi istiqamətində döyüş gəmiləri göndərib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, gəmilər Bosfor boğazından keçməklə Suriya sahillərinə doğru yönəliblər.

Məlumata görə, ümumilikdə dörd döyüş gəmisi göndərilib. Bunlar “Project 266M Natya 1” sinifli mina təmizləmə gəmisi, “Valentin Pikul 770”, “BMФ Project 22870 ЧФ BSF” və “Nikolay Muru” gəmiləridir.

Bununla da son bir həftədə Bosfor boğazından keçməklə Suriyadakı Tartus limanına gedən gəmilərin sayı 17-yə çatıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin