Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Pakistan donanmasının rəsmisi general Səcid Mahmud səsləndirib.
O qeyd edib ki, Pakistan donanması Hind okeanından son dövrlərdə artan potensial təhdidlərə qarşı lazım olan cavabı dərhal verəcək.
“Pakistan donanmasının sahib olduğu silahlar hər kəsə məlumdur. Pakistana ediləcək hər hansısa bir təhdiddən ən ciddi zərəri elə təhdid edən tərəfi özü görəcək. Donanma tam döyüş hazırlığı vəziyyətindədir. Biz istənilən hücumlara ən kəskin və effektiv şəkildə cavab verməyə qadirik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu açıqlamanın son zamanlarda Hindistan donanmasının bölgədəki aktivliyinin artmasına cavab olaraq edildiyi ehtimal olunur.
Dəyanət Ağalarlı
Ordu.az