Türkiyədə bir həftədə 26 terrorçu zərərsizləşdirilib

2018/08/thumbs_b_c_66b94d210b2fe98ffd8d6978cca2ada8_1535354963.jpg
Oxunub: 4352     15:26     27 Avqust 2018    
Türkiyədə həyata keçirilən daxili təhlükəsizlik əməliyyatları çərçivəsində son bir həftədə zərərsizləşdirilən terrorçuların sayı məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son bir həftə ərzində Türkiyə daxilində həyata keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 26 terrorçu zərərsizləşdirilib ki, bunların da 5-i terrorçuların “komandir”ləridir.

Digər tərəfdən bu əməliyyatlar çərçivəsində terror təşkilatlarına yardım və yataqlıq edən, təşkilatlar əlaqədə olan 3 min 163 nəfər ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin