Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. bu barədə rəsmi məlumatı Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rumıniyanın Mixail Koqalniseyanu hərbi bazasında yüksək döyüş hazırlığı vəziyyətində saxlanılan “Eurofighter Typhoon” qırıcıları Qara dəniz üzərində təxribat xarakterli uçuşlar həyata keçirən Rusiyaya məxsus Be-12 təyyarəsinə cavab verib.
Məlumata əsasən, “Typhoon”ların havaya qalxması nəticəsində Rusiya təyyarəsi Rumıniyanın hava sərhədlərindən geri çəkilib. Tərəflər arasında heç bir insident yaşanmayıb.
Qeyd edək ki, Rusiyadan məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az