Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun ali rütbəli komandiri general Hüseyn Salami bildirib.
O qeyd edib ki, ABŞ İranı bu ana qədər sıxışdıraraq özündən asılı vəziyyətə saldığı digər dövlətlərlə səhv salıb.
“ABŞ-ın olduğu torpaqlar kəşf edilmədən minillər öncə bizim dövlətimiz vardı. İran Vaşinqtonu dövlətçilik ənənələri ilə məhv edəcək. Biz ABŞ-ın sıxışdıraraq özündən asılı hala saldığı digər dövlətlərə bənzəmirik. İran xalqı və Tehran administrasiyası Vaşinqtonun sanksiyalarına sonuna qədər sinə gərəcək. ABŞ-ı məyus edən hərbi təlimlərimiz də planlaşdırıldığı kimi keçiriləcək”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az