Ordu.az TASS-a istinadən xəbər verir ki, danışıqların iki ölkə sərhədindəki Panmuncom qəsəbəsində keçirilməsi planlaşdırılır.
Məlumata əsasən Cənubi Koreya nümayəndə heyətinə Birləşmə naziri Ço Myonq-qyon rəhbərlik edəcək. Şimali Koreyanı kimlərin təmsil edəcəyi ilə bağlı rəsmi məlumat isə hələlik verilməyib.
Qeyd edək ki, yekun razılıq əldə ediləcəyi təqdirdə danışıqların növbəti həftə cümə və şənbə günləri keçirilməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az