Suriyada İŞİD-ə məxsus növbəti silah deposu aşkar edilib

2018/08/Снимок_1533801894.png
Oxunub: 352     16:03     09 Avqust 2018    
Suriyanın terrorçulardan azad edilən Dera vilayətində İŞİD-ə məxsus çox sayda silah-sursatın olduğu nəhəng hərbi baza aşkar edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəıbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, depo təxminən 4 min hərbçinin uzunmüddətli müharibə ilə təmin etmək üçün yetərli silah-sursatla təchiz edilib.

Belə ki, yerin 13 metr dərinliyində yerləşdirilən silah deposundan yüzlərlə avtomat silah, snayperlər, pulemyotlar, qumbaraatanlar, tank əleyhinə raketlər və minlərlə mərmi aşkar edilib.

Suriya hökuməti silahların önəmli hissəsinin Qərb istehsalı olduğunu iddia edir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Suriya   İŞİD   Terrorla-Mübarizə  

Suriyada İŞİD-ə məxsus növbəti silah deposu aşkar edilib

2018/08/Снимок_1533801894.png
Oxunub: 353     16:03     09 Avqust 2018    