“Spiegel”: Almaniya HHQ-nin sadəcə 4 “Typhoon”u döyüşə hazırdır

2018/07/37684270_2612400892319396_8179719121642979328_n_1532446328.jpg
Oxunub: 3347     23:42     24 İyul 2018    
Almaniya Hərbi Hava Qüvvələrinin silahlanmasından olan 128 “Typhoon” qırıcısından sadəcə dördünün aktiv döyüş tapşırığına hazır olduğu aydın olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşrinin hesabatında qeyd olunub.

“Problem çox mürəkkəbdir. Sadə dildə desək, bütün “Eurofighters” qırıcıları üzərində düşmən təyyarələrini aşkarlaya bilən sensorlar var. Təxminən yarım il öncə üzə çıxdı ki, bu sensorlar artıq istifadəyə yararsızdır”, - deyə hesabatda deyilir.

“Spiegel” Almaniya HHQ-nin ciddi çətinlikdən əziyyət çəkdiyini və onun təcili modernizasiyası üçün vəsait tələb olunduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Typhoon   Problem   Spiegel  


Bizi "telegram"da izləyin