İsrailin Suriya təyyarəsini vurmasına dair DETALLAR

2018/07/75_1532441014.jpg
Oxunub: 4152     21:55     24 İyul 2018    
Dəməşqdə olan hərbi mənbə təyyarənin vurulması nəticəsində onu idarə edən pilotun həlak olduğunu bildirib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, pilotun polkovnik Ümran Mare olduğu məlum olub.

Polkovnikin idarə etdiyi Su-22 qırıcı təyyarəsi Yarmuk Basinin şimal-qərbində, Colan təpələri yaxınlığında hərəkət edərkən İsrail tərəfi təyyarənin İsrailin hava fəzasını pozduğunu iddia edib.

Təyyarə vurulduqdan sonra Suriyanın Yarmuk Basin bölgəsinə düşüb. Təyyarənin vurulma anından qısa müddət sonra pilotun dünyasını dəyişdiyi ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail   Su-22  


Bizi "telegram"da izləyin