İran BQ rəisi ABŞ-a: “Bazalarınız mənzilimiz daxilindədir”

2018/07/654_1532436253.jpg
Oxunub: 2244     20:41     24 İyul 2018    
İran Baş Qərargah rəisi Bakıri ABŞ-ın bölgədəki bazalarının və maraqlarının İranın hədəf mənzili çərçivəsində olduğunu vurğulayıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bakıri İranın hər cür təhdidə qarşı gərəkli qarşılıq verəcəyini bildirib.

“Yerləşdirilmə mərkəzləri İran silahlı qüvvələrinin hədəf mənzili daxilində olan ölkələr, xüsusilə ABŞ, bölgə və dünyada çox geniş miqyasda xəyal edilməsi mümkün olmayan cavabla qarşılaşmamaq üçün aslanın quyruğunu tapdalamamalıdır”, - deyə Bakıri qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən “İran prezidenti Ruhaniyə” başlığı ilə paylaşdığı tvitində İrana bir daha ABŞ-ı təhdid etməmə xəbərdarlığı edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-ABŞ   Tramp  


Bizi "telegram"da izləyin