TSQ Münbicdə patrul reydi həyata keçirib

2018/07/thumbs_b_c_15cb3e4edcf69f8bcaf2a718dd7b2584_1532434466.jpg
Oxunub: 3060     20:07     24 İyul 2018    
Türkiyə Silahlı Qüvvələri və ABŞ ordusu “Fərat Qalxanı” əməliyyatı zonası ilə Münbic arasında qalan zolaqda 19-cu patrul reydi keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyə və ABŞ hərbi qüvvələri sözügedən bölgədə koordinasiyalı, lakin sərbəst şəkildə sayca 19-cu patrul reydini həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Münbic   Suriya  


Bizi "telegram"da izləyin