Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət qüvvələri Derada və ona qonşu Küneytrədə bu gün ərzində daha 19 yaşayış məntəqəsini azad edib.
Bildirilir ki, hazırda sözügedən kənd və kiçik şəhərlərdə nəzarətin gücləndirilməsi məqsədilə işlər aparılır.
Ordu qüvvələri bu gün üçün Küneytrədəki əməliyyatları yekunlaşdırsa da, Deradakı əməliyyatlar hələ də davam etdirilir.
Qeyd edək ki, azad edilən məntəqələr daha öncə İŞİD və “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasının və müxaliflərin nəzarətində idi.
Dəyanət Ağalarlı
Ordu.az