Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə təşəbbüs qrupu tərəfindən çağırışlar edilib.
Eyni zamanda telefon mesajları və WhatsApp yazışmaları vasitəsi ilə də yerli əhaliyə Xankəndinin mərkəzi meydanına toplaşmaları barədə müraciətlər göndərilib.
Məlumata görə, etiraz aksiyalarının İrəvanda olduğu kimi güc strukturlarının nümayəndələrinə qarşı heç bir aqressivlik göstərilmədən dinc yolla keçirilməsi nəzərdə tutulub.
Aksiyaların başlanmasına səbəb kimi Bako Saakyan və onun tərəfdarlarının fəaliyyəti nəticəsində əhalinin düşdüyü ağır iqtisadi vəziyyət, yaşayış səviyyəsinin həddən artıq aşağı olması, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, eləcə də hüquq-mühafizə, təhlükəsizlik və ordu strukturlarında mövcud olan qanunsuzluqlar göstərilir.
Alpər Mövludoğlu
Ordu.az