Ermənistan MN-də yoxlamalar: Komandir qovuldu, hərbi komissar həbs edildi

2018/07/345345_1527238876_1527323111_1528182664_1528716258_1529493897_1529912116_1531914038.jpg
Oxunub: 3135     19:41     18 İyul 2018    
Ermənistan müdafiə nazirliyinə məxsus "N" saylı hərbi hissələrinin komandirlərinin fəaliyyətləri ilə bağlı yoxlamalar nəticəsində, artıq bir hərbi hissə komandiri vəzifəsindən azad edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissə komandiri Artak Aloyan tabeçiliyində olan dizel yanacağının mənimsənilməsinə görə izahat verib.

Aloyanın izahatlarından sonra hərbi hissə komandiri vəzifəsindən azad edildiyi bildirilir.

Ermənistanda hərbi hissələrlə yanaşı, hərbi komissarlıqlarda da yoxlamalar aparılır. Məlumata görə, artıq Martuni hərbi komissarı Qarik Arakelyan həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Ordusu   Korrupsiya  


Bizi "telegram"da izləyin