“Lockheed” yeni titan qübbələrini təqdim edib

2018/07/3d-printed-tank-5_1531750137.jpeg
Oxunub: 2358     00:31     17 İyul 2018    
“Lockheed Martin” şirkəti 3D printerlər vasitəsilə istehsal olunmuş yeni qübbələrin prototip istehsalını yekunlaşdırdığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni qübbələr 3 ölçülü printerlə istehsal edilən ən nəhəng qübbələr olub, aviakosmik araşdırmalar zamanı istifadə olunacaq.

Titan materialdan hazırlanan qübbənin çevrə uzunluğu 1,2 metr, qalınlığı isə 10 sm-dir.

Qeyd edək ki, 2019-cu ildən kütləvi istehsalına başlanılacaq qübbənin hərbi araşdırmalar üçün istifadə olunan peyklərə inteqrasiya ediləcəyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Titan-qübbə  


Bizi "telegram"da izləyin