Ordu.az TASS-a istinadən xəbər verir ki, tərəflər qapalı görüşə başlamazdan əvvəl jurnalistlər qarşısında bir-birini əldə etdikləri müsbət irəliləyişlərdən dolayı təbrik ediblər.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, o Rusiya və ABŞ arasındakı əlaqələri, həmçinin qlobal məsələləri müzakirə etmək istəyir.
Tramp isə öz növbəsində bildirib ki, görüşdən sonra yeni fövqəladə əməkdaşlıq razılığı əldə ediləcəyinə inanır.
Qeyd edək ki, hələlik görüşdə nələrin müzakirə edildiyi bildirilməyib.
Dəyanət Ağalarlı
Ordu.az