Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Rusiya Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, gələcək 6-cı nəsil qırıcılar üçün nəzərdə tutulan sistem Su-57-yə inteqrasiya edilərək sınaqdan keçirilib.
Məlumatda bildirilib ki, əsasən pilotsuz uçuş aparatları üçün effektiv olan yeni korpus sisteminin Su-57-də istifadə ediməsi heç də bu təyyarənin gələcəkdə pilotsuz idarə olunan versiyasının yaradılacağı anlamına gəlmir.
“Su-57-nin pilotsuz versiyasının qurulması ilə bağlı heç bir plan yoxdur. Sadəcə olaraq bu qırıcılar sistemin sınağının keçirilməsi üçün ən uyğun təyyarələr idi. Yeni sistem gələcəkdə istehsal olunacaq 6-cı nəsil qırıcılara pilotsuz və pilotlu idarəetmə versiyaları şəklində inteqrasiya ediləcək”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, yeni sistemin yaxın günlərdə təqimatının edilməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az